mobil versiya

Astarada iki “Niva” toqquşub, xəsarət alanlar var




Astara rayonunda iki minik maşını toqquşub.

Qəza rayonun Təxtənəkəran-Toradi yolunun Əzərud kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Asğankəran kənd sakini, 1982-ci il təvəllüdlü Elbrus Şirməmməd oğlu Nurəliyevin idarə etdiyi 99-RU-056 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillə qarşıdan gələn, Motlayataq kənd sakini, 1954-cü il təvəllüdlü Böyükağa Salman oğlu Əliyevin idarə etdiyi eyni markalı, 07- BJ-968 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə Böyükağa Əliyevin idarə etdiyi avtomobil aşıb. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Lənkəran
Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏR / HADİSƏ
Tarix: 16-08-2022, 14:10