mobil versiya

Adam bıçaqlayan polislə bağlı AÇIQLAMA




Daxili İşlər Nazirliyi və prokurorluq Bərdə rayonunda polis əməkdaşının adam bıçaqlaması haqda yayılan məlumat barədə rəsmi açıqlama verib.

REPORTYOR.AZ-a xəbər verir ki, bu barədə Bərdə rayon Prokurorluğundan “unikal.org”a bildirilib.

Verilən açıqlamaya görə, dekabrın 10-u saat 23 radələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Bazarstore” mağazasının qarşısında Bərdə rayon sakini, 1980-cı il təvəllüdlü Nicat Allahverdiyevin bıçaqlanması barədə barədə məlumat daxil olub.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin edilib.

İlkin istintaqla 1994-cü il təvəllüdlü Feruz Əhmədovun şəxsi münasibət zəminində borc üstündə aralarında yaranmış mübahisə zamanı N.Allahverdiyevi bıçaqla vuraraq qəsdən adam öldürməyə cəhd etməsinə şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Feruz Əhmədov dekabrın 11-də qeyd edilən cinayəti törətməkdə şübhəli bilindiyinə görə tutularaq istintaqa cəlb olunub.

Qeyd edək ki, Feruz Əhmədov öz istəyi ilə bir neçə gün əvvəl daxili işlər orqanlarından xaric olunub. Hazırda Bərdə rayon Polis Şöbəsində belə bir şəxs işləmir.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 11-12-2019, 15:05