mobil versiya

Avstriyadan Ermənistanla Azərbaycan arasındakı razılaşma ilə bağlı AÇIQLAMA



Avstriya Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında humanitar məqsədlər üçün atəşkəs haqqında razılaşmaları alqışlayıb.

REPORTYOR.AZ xəbər verir ki, Vyana ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqların sürətlə başlayacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında Moskvada keçirilən üçtərəfli danışıqların nəticələrindən sonra tərəflər 10 oktyabr şənbə günü saat 12:00-dan etibarən Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılmasına dair razılığa gəliblər.

Danışıqlar doqquz saatdan çox davam edib.

Ermənistan xarici işlər nazirinin sözlərinə görə, Moskvada əldə olunmuş razılaşmalardan sonra başlıca vəzifələr humanitar problemlərin həlli və atəşkəs mexanizmlərinin birləşdirilməsidir.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / SİYASƏT
Baxılıb: 135 Tarix: 10-10-2020, 11:31



Şərh bildir
yenilə, əgər kod görünmürsə