mobil versiya

Xırdalanda evdə partlayış olub, dağıntılar altından daha bir nəfər çıxarılıb - FOTO - VİDEO - YENİLƏNİB






Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

REPORTYOR.AZ
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində nazirliyin xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

***
Saat 19:04

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.

APA-nın xəbərinə görə, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.

Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.  
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

FHN-dən bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. 

Axtarış-xilasetmə işləri davam edir.

Hadisənin səbəbləri dəqiqləşdirilir.







SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 25-01-2021, 20:39