mobil versiya

"Azərbaycansız bizim enerji müstəqilliyimiz ola bilməz” - Orban


Azərbaycan Avropa İttifaqının (Aİ) enerji müstəqilliyinin saxlanılması üçün strateji əhəmiyyət daşıyır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban İspaniyanın Qranada şəhərində Aİ liderlərinin qeyri-rəsmi görüşündən öncə deyib.
“Azərbaycan açar ölkədir, Azərbaycansız bizim enerji müstəqilliyimiz ola bilməz”, - deyə Orban bildirib.
Xatırladaq ki, oktyabrın 5-də Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib, 46 deputat əleyhinə səs verib, 16 deputat bitərəf qalıb.
Avropa Parlamenti AB icra hakimiyyəti orqanlarını, eləcə də ona üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb.

KARUSEL / SİYASƏT
Tarix: 6-10-2023, 15:16