"Macarıstan Avropada miqrantların olmadığı yeganə ölkədir" - V.Orban
Macarıstan Avropa məkanında qeyri-leqal mühacirlərin olmadığı yeganə ölkədir.
Macarıstan Baş nazir Viktor Orban bunu Avstriyanın paytaxtı Vyanada keçirilən mətbuat konfransında deyib.
Budapeştin sərhədləri boyu mühafizə edilən sədd çəkdiyini qeyd edən hökumət başçısı, eyni zamanda, qanuni şəkildə sığınacaq prosedurundan keçən mühacirlərin ölkəyə girmək hüququnun olduğunu da vurğulayıb.
Qeyd edək ki, bu gün Vyana şəhərində Avstriya, Macarıstan və Serbiyanın qeyri-leqal mühacir probleminə həsr olunan üçtərəfli sammiti keçirilib.
Qanunsuz mühacirlərə qarşı daim sərt mövqe tutan Macarıstan Yaxın Şərq və Şimali Afrikadan olan qaçqınların qəbuluna qarşı çıxır, onların Avropa ölkələrində kvota üzrə yerləşdirilməsinə dair Brüsselin tövsiyəsini yerinə yetirmək niyyətində olmadığını bildirir.
KARUSEL / DÜNYA

Tarix: 7-07-2023, 18:54