mobil versiya

İranda İnqilab Keşikçiləri Korpusunun beş əməkdaşı həlak olub



İranda İnqilab Keşikçiləri Korpusunun iki bazasına hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı beş əməkdaşı həlak olub, 10 nəfər isə yaralanıb.
İran Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə gecə saatlarında Sistan-Bəlucistan əyalətində baş verib.
Ölkənin təhlükəsizlik xidməti döyüşlərin gedişində hücum edən 15 silahlının öldürüldüyünü bildirib. Hücumların məsuliyyətini İranın cənub-şərqində müstəqillik uğrunda mübarizə aparan “Ceyş əl-Ədl” qruplaşması üzərinə götürüb.

KARUSEL / DÜNYA
Tarix: 4-04-2024, 15:38