Laçının Bəylik kəndinə 2025-2026-cı illərdə 91 ailənin köçürülməsi planlaşdırılır
İndiyədək Laçına 3200-ə yaxın əhali köçürülüb. Onlardan 2100-ü Laçın şəhərində, 1100 nəfəri isə Sus və Zabux kəndlərində məskunlaşıb.
Bu sözləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov söyləyib.
O bildirib ki, Sus kəndinin yaxınlığındakı Bəylik kəndinə də 2025-2026-cı illərdə 91 ailənin köçürülməsi planlaşdırılır. Ümumiyyətlə, Güləbird və Bəylik kəndlərində tikinti işləri aparılır.
Məsim Məmmədovun sözlərinə görə, 2025-2026-cı illərdə Qorçu və Şəlvə kəndlərinin də inşası planlaşdırılır.(azərtac)
KARUSEL / ÖLKƏ
Tarix: 10-10-2024, 17:24