Gürcüstanın Müstəqillik Günü Gəncədə qeyd olunub

Gürcüstanın Müstəqillik Günü ilə bağlı bu ölkənin Gəncədəki Baş Konsulluğu rəsmi qəbul təşkil edib.
Reportyor.az xəbər verir ki, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze ölkəsinin müstəqilliyə gedən yolundan, dövlət quruculuğu prosesindən və bu sahədə əldə olunan nailiyyətlərdən söz açıb.
Qeyd edib ki, ölkəsi müstəqilliyini daha da möhkəmləndirir, iqtisadiyyatını və demokratik təsisatlarını inkişaf etdirir.

Ölkələrimiz arasında əlaqələrə toxunan Baş konsul, deyib ki, Gürcüstanın xarici siyasətində Azərbaycanla əməkdaşlıq xüsusi yer tutur. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri bir çox sahələrdə, xüsusilə enerji, nəqliyyat, ticarət və mədəniyyət sahələrində uğurla inkişaf edir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstan xalqını əlamətdar gün münasibətilə təbrik edərək deyib ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri tarixi köklərə dayanır. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat sahəsində birgə layihələr regional inteqrasiyaya və təhlükəsizliyə mühüm töhfə verir.



KARUSEL / ÖLKƏ
Tarix: 27-05-2025, 16:09