Diplimatlar Gəncədə Beynəlxalq Kitab Bağışlama Günündə iştirak edib

Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Rayon Təhsil İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər 29 nömrəli kənd orta məktəbində “Beynəlxalq Kitab Hədiyyə Günü”nə həsr olunmuş tədbir keçirilib.
Reportyor.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladzeiştirak edib.
Qonaqlar Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi və 13 saylı Körpələ evi-uşaq bağçası tərəfindən hazırlanan sərgiyə baxış keçirib.
Niyazi Bayramov çıxışında kitab oxumağın hər yaşda lazım və vacib olduğunu vurğulayıb. Şəhər rəhbəri qeyd edib ki, mütaliə ilə məşğul olmaq insanın söz ehtiyatını çoxaldır, zehnini möhkəmləndirir, ünsiyyət bacarığını artırır. Niyazi Bayramov şagirdlərə kitab oxumaqla yanaşı onu bölüşməyi də tövsiyə edib.

Yekunda rəsmilər tərəfindən 100-dək müxtəlif nailiyyəti ilə seçilən şagirdə kitablar hədiyyə olunub.

KARUSEL / ÖLKƏ
Tarix: 17-02-2025, 14:27