Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsil işçilərinin ənənəvi sentyabr konfransı baş tutub.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və digər rəsmi şəxslər, həmçinin müəssisə rəhbərləri və təhsil işçiləri, həmçinin, Gəncə İcra Hakimiyyətinin dəvəti ilə Gürcüstanın baş konsulu Kaxaber Abdaladze iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Konfransdan öncə STEAM və Peşə təmayüllü siniflərin şagirdlərinin hazırladığı təqdimatlar izlənilib, şagirdlərin əl işlərindən ibarət sərgiyə və məktəblilərin idman üzrə əldə etdikləri nailiyyətlərə baxış keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 5 əsas fənnin - Elm, Texnologiya, Riyaziyyatın birləşməsinə əsaslanan “STEAM Azerbaijan” layihəsi həyata keçirilir. Mühəndislik və İncəsənət, 2019-2020-ci tədris ilindən tətbiq edilib və ölkə üzrə 400 dövlət məktəbində uğurla tətbiq olunacaq. Layihənin məqsədi 3D çap, mikrobit proqramlaşdırma, elektrik mühəndisliyi, biotexnologiya, nanotexnologiya, robototexnika, gen mühəndisliyi, CNC lazer kəsmə, dron (təhsil dronlar) kimi sahələrdə tələbələr arasında 21-ci əsr bacarıqlarını inkişaf etdirməkdir.
Konfransda çıxış edənlər dövlət siyasətinin prioritet sahələrindən biri olan insan kapitalının inkişafı baxımından Azərbaycanda təhsilin mühüm rolunu vurğulamışlar. Tədbirdə 2023-2024-cü tədris ilinin yekunlarına yekun vurulub, növbəti ildə ümumi və məktəbəqədər təhsilin qarşısında duran vəzifələr müzakirə olunub.
KARUSEL / ÖLKƏ
Tarix: 6-09-2024, 09:48