Daşkəsəndə məktəbli qızlar arasında voleybol turniri keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təşkilatçılığı ilə Daşkəsən rayonunda qızlardan ibarət məktəb komandaları arasında voleybol turniri keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə təşkil edilən turnirdə 6 məktəb komandası yarışıb.

Final oyununda Daşkəsən şəhəri, İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbin komandası birincilik əldə edib. Yarışda 2-ci və 3-cü yerləri müvafiq ardıcıllığa uyğun olaraq Daşkəsən şəhəri, Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəb və Gündüz İsmayılov adına Aşağı Daşkəsən qəsəbə tam orta məktəbinin voleybol komandaları tutub.
Turnirdə qalib gələn məktəb komandaları, həmçinin “Ən yaxşı oyunçu” nominasiyası üzrə qalib şagird, turniri idarə edən hakimlər mükafatlandırılıblar. Qaliblərə kubok, medal və diplom təqdim edilib.

KARUSEL / İDMAN
Tarix: 16-07-2024, 13:11