AzerGold” QSC-nin törəmə şirkəti - "Daşkəsən Dəmir Filiz" MMC-nin rəsmi saytı istifadəyə verilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan "Daşkəsən Dəmir Filiz" (DDF) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəsmi saytı - www.ddf.az istifadəyə verilib.
Daşkəsən rayonunda yerləşən, regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsinin istismarı üzrə hazırlıq, tədqiqat işlərini davam etdirən DDF MMC-nin rəsmi saytı müasir tələblərə uyğun tərtib edilərək, bölmə və xidmətlərin əlçatanlığı, informasiya zənginliyi, funksionallığı və vizuallığı ilə internet istifadəçilərinin ixtiyarına verilib.
Belə ki, rəsmi saytda törəmə şirkətin yaranma tarixi, fəaliyyəti, Müşahidə Şurası, strukturu, mədən layihələri, dövri hesabatları haqqında dolğun məlumat əldə etmək mümkündür. Bundan başqa, www.ddf.az-da aktiv vakansiyalar barədə elanlarla tanışlıq, işə qəbul üçün elektron müraciət imkanı yaradılıb. Həmçinin vətəndaşlar üçün əlaqə və elektron müraciət imkanları təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “AzerGold” QSC-nin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər vəzifələr əlavə edilib. Sözügedən Sərəncamdan irəli gələn tapşırıqların icrası, ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə QSC tərəfindən ilk dəfə olaraq törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib və 14 dekabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-09-2023, 15:39