Dünya üçün böyük təhlükə: 125 milyon insan ölə bilər
Hindistanla Pakistan arasında gərginlik hər gün daha da artır. Bu gərginlik gələcəkdə bir çox faciələrin baş verə biləcəyi iddiasını ortaya atır. Bu ölkələr arasında nüvə müharibəsi olacağı təqdirdə 125 milyon insanın ölə biləcəyi iddiası irəli sürülüb.
Musavat.com bu barədə "CNN Türk"ə istinadən xəbər verir. Bu barədə ABŞ-da aparılan araşdırmanın nəticəsi "Science Advances" jurnalında dərc edilib. Araşdırmada qeyd edilir ki, kütləvi insan ölümü ilə yanaşı, nüvə buludları səbəbilə Yer üzünə düşən Günəş şüaları 20-35 faiz azalacacaq. Bu da havanın istiliyinin 2-5 dərəcə aşağı düşməsi deməkdir.
Araşdırmada daha sonra qeyd edilir ki, yağış və qar qağması 15-30 faiz nisbətdə azalacaq.
Baş verəcək nüvə partlayışı nəticəsində iqlim dəyişikliklərinin əmələ gəlməsi kənd təsərrüfatına da ciddi ziyan verəcək. Belə ki, məhsulların 15-30 faiz azalması müşahidə ediləcək. Bunun da bütün dünyada aclığa gətirib çıxaracağı araşdırmada bildirilir.
Jurnalda dərc edilən məqalədə qeyd edilir ki, müharibənin təsirləri 10 ildən çox davam edə bilər.
Araşdırmaçı Alan Robk bildirib ki, bu müharibə tək bombaların düşəcəyi yerlər üçün təhlükəli deyil. Bu, bütün dünya üçün böyük təhdiddir: "Hazırda Pakistanla Hindistan arasında Kəşmir ixtilafı davam edir. Hər gün bu iki ölkənin sərhədində bir neçə insan ölür. Baş vermiş münaqişə tənzimlənməsə, böyük faciələrə səbəb ola bilər."
Başqa bir araşdırmaçı Brian Toon bildirib ki, əgər belə bir savaş baş versə, dünyada bənzəri olmayacaq faciələr yaşana bilər: "Bütün dünya bundan sarsıla bilər. Ümid edirəm, Pakistan və Hindistan baş verəcək faciələri gözə alarlar."
MANŞET / MARAQLI / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 6-10-2019, 13:35