Rusiyada II Çernobıl?
Dünən Rusiyanın Krasnoyarsk diyarının Açinsk rayonundan hərbi sursat anbarlarında dəşhətli yanğın hadisəsi baş verib. Şəhərdə fövqəladə vəziyyət elan edilib.
Açinsk şəhəri təxliyyə edilməyə başlayıb. Partlayışın dalğaları yaşayış evlərindəki pəncərələri sındırıb. Mərmilərin qəlpələri 15 km məsafəyə uçub. Sakinlərə hadisə yerindən 20 km uzaqlaşmaları üçün müraciət edilib. İlkin məlumatlara görə bir nəfər mülki vətəndaş itkin düşüb, bir hərbçinin həlak olduğu güman edilir, 12 nəfər yaralanıb, minlərlə insan evlərini tərk edib. İnsanların mal-mülklərini arxada qoyaraq, yalnız övladlarını qucaqlarına alaraq didərgin düşdükləri barədə xəbərlər verilir. Sakinlərin kütləvi şəkildə şəxsi avtomobilləri ilə şəhərdən uzaqlaşdırdıqları bildirilir. Yollarda böyük tıxaclar əmələ gəlib.
P.S. Sosial mediada yayılan xəbərlərdə, bazada ağ fosfor kimyəvi silahının da olduğu iddia edilir. Ağ fosfor dünyada qadağan olunsa da, Suriyada müxaliflərin yaşadığı məntəqələrə atıldığı iddia edilirdi. Bazada 40 min mərmi var. Ağ fosfor hava ilə təmas etdikdə alışır. Su ilə söndürmək mümkün deyil, əksinə daha da alovlanır. Havaya ağ fosfor maddəsi yayıldıqda tənəffüs edən insanın ciyərləri yara olur və içdən insan sümüklərinədək əriyir.
MANŞET / DÜNYA / HADİSƏ
Tarix: 6-08-2019, 12:57