mobil versiya

Nüvə müharibəsi 10 illik “nüvə qışı” vəd edir – Alimlərdən Rusiya və ABŞ-a çağırış



 

Alimlər Rusiya və Birləşmiş Ştatlar hakimiyyətlərini nüvə arsenalını azaltmağa, daha yaxşısı, məhv etməyə çağırırlar. Yoxsa ki, strateji silahlardan istifadə olunacaq tammiqyaslı münaqişənin baş verəcəyi təqdirdə, Yer kürəsindəki iqlim müxtəlifliyini «uzunmüddətli nüvə qışı» əvəzləyəcək.
Xəbəri «The Daily Mail» yayıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, «nüvə qışı» tam 10 il davam edəcək. Nüvə partlayışı 150 milyon tona yaxın «saja»nı havaya tullayacaq və küləyin təsiri altında bir neçə həftə ərzində planetin səthini «saja plyonkası» örtəcək. Qara buludlar Günəş şüalarının qarşısını kəsəcək və bunun sayəsində Yer kürəsinin temperaturu 9 dərəcə(Selsi) düşəcək…
Atmosfer həmin sajadan yalnız 7 il vaxt ötdükdən sonra təmizlənməyə başlayacaq (çünki bütün bu müddət ərzində Yer səthinə yağıntı demək olar, düşməyəcək). Daha 3 illazım gələcək ki, «Yerin səthinə çatan işıq səviyyəsi yenidən normal həddə satsın».
MANŞET / GÜNDƏM / DÜNYA
Tarix: 20-08-2019, 12:29