mobil versiya

Koronavirusa görə blokadaya alınan Uhanda qalan azərbaycanlılar danışdı - VİDEO




Koronavirusla bağlı blokadaya alınan Uhan şəhərində 6 azərbaycanlı qalıb.

BAKU.WS xəbər verir ki, 2019-cu ilin avqust ayından doktorantura təhsili üçün Çinin Uhan şəhərinə üz tutan tələbə Leyla Quliyeva xəbəri eşidəndə artıq gec olub. Ailəsi ilə birlikdə çıxılmaz vəziyyətə düşüb.

O, təhlükəsizliyə görə evdən çölə çıxa bilmədiyini deyir. Oxuduğu universitet və səfirliyimiz Leyla ilə daim əlaqə saxlayır və qayğısına qalır. Leylanın ən böyük narahatlığı 7 yaşlı qızı ilə bağlıdır.

Karantin altına alınan şəhərdə Leyla ilə yanaşı daha bir neçə azərbaycanlı var.



MANŞET / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 28-01-2020, 10:18