mobil versiya

Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılaraq ölüb



Azərbaycanlı tələbə Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb.

REPORTYOR.AZ "Report"-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı, 1998-ci il təvəllüdlü İsmayıl Əmrahov binadan yıxılaraq ağır xəsarət alıb.

İ.Əmrahov xəstəxanada koma vəziyyətində qalsa da, bu gün dünyasını dəyişib.

Məlumata görə, mərhum Türkiyənin Çanaqqala şəhərində ali tibb təhsili alırmış.

KARUSEL / HADİSƏ
Tarix: 15-12-2019, 11:11