"İkən" yox, "İki"
Sami Yusifin iştirakı ilə hazırlanmış “Nəsimi” kompozisiyasını maraqla dinlədim.
Deyim ki, keyfiyyətindən asılı olmayaraq bütün xor ifaları adama xoş gəlir.
Üstəlik, nəzərə alaq ki, bizdə xor ənənələri indiyə qədər elə güclü olmayıb.
İnsanlarımız birlikdə səs-səsə verib oxumaqdan utanıb-sıxılırlar, elə bil (bircə kəndlərdəki hüzr məclislərində, imam təziyələrində kişilərin, qadınların son misralarını xorla oxuyub ayaq tutduqları mərsiyələr istisnadır).
Ona görə də bu kompozisiya imkan düşəndə xor oxumağa təşəbbüs göstərmək, qarşılıqlı harmoniyanı gücləndirmək üçün gözəl bir nümunədir.
Xoşuma gələn əsas məqamlardan biri isə “Məndə sığar iki cahan” qəzəlinin ilk misrasının düzgün oxunması oldu.
Əvvəl elə bildim, ifaçılar mərhum şairimiz Bəxtiyar Vahabzadənin təxminən 80-ci illərin əvvəllərindəki bir məqaləsində irəli sürüb populyarlaşdırdığı səhvi təkrarlayacaqlar və “Məndə sığar ikən cahan” deyəcəklər. Amma demədilər.
Bəxtiyar Vahabzadənin şair kimi böyüklüyünün sübuta ehtiyacı yoxdur. Elmi fəaliyyətinə gəlincə isə, görünür alimliyindəki bu cür məqamları nəzərdə tutaraq Hikmət Ziya vaxtilə yazırdı ki:
Qatlayıb dizinin altına qoyar,
Alim Bəxtiyarı şair Bəxtiyar.
Bəxtiyar müəllimin “Məndə sığar ikən cahan” yozumu niyə əsassız idi, deyim. Qəzəldəki ikiliklərə diqqət yetirək: kövn-məkan, ərş-fərş, kaf-nun, şərh-bəyan, zənn-güman, cism-can, sədəf-inci, pir-cavan, zərrə-günəş, şəms-qəmər, dəhr-zaman, əncüm-fələk, qumaş-rəxt, həşr-sirat, bəhr-kan və s.
Bəli, düz düşündünüz: Nəsimi bu qəzəli büsbütün ikiliklərin təzadı üzərində qurub. Elə qəzəlin mahiyyəti də budur ki, bütün aləm ikiliklərin təzadından ibarətdir. Bu təzad ancaq insanda vəhdətə çevrilə bilər. Kim öz şəxsiyyətində bu vəhdəti yaratmağı bacarsa, kamil insan odur.
İki cahan - yəni bu dünya, o dünya, insanın maddi və mənəvi aləmi də bu təzadlardan biridir.
Tədqiqatçılar hesablayıblar, Nəsimi şeirlərində 300 dəfədən çox “iki cahan” ifadəsini işlədir.
Xülasə, bundan sonra harda rastınıza “iki cahan” əvəzinə, “ikən cahan” çıxsa, bilin ki, yanlışdır. Və düzəldin getsin.
Kompozisiyada ifa edənlərinsə səslərinə, əllərinə sağlıq.
YAZARLAR

Tarix: 12-09-2019, 10:46