Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir
Azərbaycan iqtisadiyyatı isə həm son illərdə, həm də cari ildə dayanıqlı inkişaf nümayiş etdirir.
Reportyor.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin noyabrın 25-də keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2024-cü il nəzərə alınmaqla 2019-2024-cü illərdə ölkədə real ümumdaxili məhsulun 14,4 faiz, qeyri-neft qaz sektorunda isə real ümumdaxili məhsulun 1,3 üç dəfə artması gözlənilir.
“Adambaşına düşən ümumi daxil məhsul COVID-dən əvvəlki dövrdə, 2019-cu ildə təxminən 4850 dollar təşkil etdiyi halda, 2024-cü ilin yekunu üzrə bu göstəricinin 7200 dollar ətrafında olacağı gözlənilir”, - deyə nazir əlavə edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:51