mobil versiya

BVF Pakistanın 23-cü maliyyə ili üçün artım proqnozunu kəskin şəkildə 0,5 faizə endirib




Beynəlxalq Valyuta Fondu (BVF) cari maliyyə ili, yəni 2023-cü il üçün Pakistan üzrə ÜDM-in artım tempi proqnozunu iki faizdən 0,5 faizə endirib. Fond inflyasiyanın 19,9 faizdən 27,1 faizə, işsizliyin isə 6,2 faizdən 7 faizə yüksələcəyini proqnozlaşdırıb.
"Business Recorder" xəbər verir ki, BVF çərşənbə axşamı yayımlanan "Dünya İqtisadi Görünüşü (WEO): Çətin bir bərpa" adlı son hesabatında Pakistanın ÜDM-nin 2024-cü maliyyə ilində 3.5 faiz olacağı proqnozlaşdırıldığını, 2022-ci maliyyə ilində altı faiz olduğunu qeyd edib. Hesabata görə, istehlak qiymətləri 2022-ci ildə 12,1 faiz olub, 2024-cü ildə isə 21,9 faiz olacağı proqnozlaşdırılır.
Cari hesab balansı 2022-ci ildəki mənfi 4,6 faizlə müqayisədə 2023-cü il üçün mənfi 2,3 faiz, 2024-cü ildə isə mənfi 2,4 faiz səviyyəsində proqnozlaşdırılır.


KARUSEL / DÜNYA
Tarix: 13-04-2023, 11:33