mobil versiya

Azərbaycanda inflyasiyanın səviyyəsi azalacaq - BVF



2023-cü ildə Azərbaycanda orta illik inflyasiya səviyyəsinin 9 faizədək azalacağı gözlənilir.
Axar.az bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadiyyat üzrə proqnozuna istinadən xəbər verir.
Hesabata görə, 2022-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 12,5 faiz (2021-ci ildə 12 faiz) səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda ÜDM artımının 2023-cü ildə 3,7 faiz təşkil edəcəyi gözlənilir.

İQTİSADİYYAT
Tarix: 14-10-2022, 19:17