COP29 çərçivəsində Bakıya gələn Slovakiya prezidenti Qobustan qoruğunu ziyarət edib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Prezidenti cənab Peter Pelleqrini və Slovakiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Layçak Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər.
Reportyor.az xəbər verir ki, qoruğun muzeyində nümayiş etdirilən eksponatlara və açıq səma altındakı qayaüstü təsvirlərə tamaşa edən qonaqlara Qobustan abidələri, ərazidə aparılan elmi tədqiqat işləri və nəticələri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Qobustan abidələri 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib.
Ölkəmizə sayca dördüncü səfəri olsa da ilk dəfə Qobustan qoruğunu ziyarət etdiyini bildirən cənab Peter Pelleqrini Qobustan qayaüstü təsvirlərini heyrətamiz adlandırıb, abidələrlə tanışlıqdan və göstərilən qonaqpərvərlikdən məmnunluqlarını dilə gətirib.
Sonda cənab Peter Pelleqrini xatirə kitabına Qobustan qoruğu ilə bağlı xoş təəssüratlarını yazıb.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 13-11-2024, 16:29