Braziliyanın Alaqoas ştatında avtobus qəzaya düşüb, 17 nəfər ölüb
Braziliyanın şimal-şərqindəki Alaqoas ştatında avtobusun qəzaya uğraması nəticəsində ən azı 17 nəfər ölüb, 29 nəfər xilas edilib.
Reportyor.az xəbər verir ki, bu barədə ştatın səhiyyə katibliyi bildirib.
Bir nəfər Mata Regional Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlər nəticəsində keçinib, digərləri isə hadisə yerində ölüblər.
Qəzanın təfərrüatları açıqlanmasa da, yerli media avtobusun bölgədə uçuruma aşdığını bildirib.
Alaqoas qubernatoru Paulo Dantas həlak olanlar üçün üç günlük matəm elan edib.
Qubernator açıqlamasında "Mən yanğınsöndürmə briqadası və bütün səhiyyə strukturu ilə birlikdə dövlətin tam səfərbər edilməsini əmr etdim" deyib.
Prezident Luiz İnasio Lula da Silva X hesabında federal hökumətin vəziyyəti izlədiyini və xilasetmə və zərərçəkənlərə qayğı göstərməkdə əyalət orqanlarına dəstək olacağını söyləyib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:39