İranda yol qəzasında 11 nəfər ölüb
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində yük maşını ilə pikapın toqquşması nəticəsində azı 11 nəfər ölüb, 14 nəfər yaralanıb.
Reportyor.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi bildirib.
Ölənlərin çoxu xarici ölkə vətəndaşlarıdır. Bildirilir ki, onların kim olduğu deyilməsə qeyd edilib ki, İranda yaşayan əcnəbilərin əksəriyyəti qonşu Əfqanıstandan gəlir.
İlkin qiymətləndirmə Saravan-Kuhak yolunda baş verən qəzada 11 nəfərin həyatını itirdiyini, 14 nəfərin yaralandığını göstərib”.
Qəzanın baş verdiyi Sistan-Bəlucistan Pakistan və Əfqanıstanla həmsərhəddir və İslam respublikasının ən yoxsul əyalətlərindən biridir.
Ədliyyənin Hüquq Təbabəti Təşkilatının yerli mediaya istinadən verdiyi məlumata görə, İranda yol təhlükəsizliyi zəifdir, ilin mart ayına qədər qəzalarda 20,000-dən çox ölüm qeydə alınıb.
Ötən ay mərkəzi Yəzd əyalətində avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb. Avqust ayında isə şiə müsəlmanlarının təqvimində ən əlamətdar hadisələrdən biri olan Ərbəin bayramı üçün İraqa gedən pakistanlı zəvvarları daşıyan avtobus İranın mərkəzində qəzaya uğradı və 28 nəfər həlak olub.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 1-10-2024, 13:28