mobil versiya

Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığının səbəbi açıqlanıb



Son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.


Reportyor.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi daxil olan məlumata əsasən bildirib ki, sıxlığın səbəbi Türkiyə Respublikasının “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiqi ilə əlaqədardır.  
Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.
Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:31