mobil versiya

Azərbaycan-Gürcüstan sərhədində 150 avtomobil gözləyir



Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 150 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Xanoba” gömrük postunda 5, "Samur" gömrük postunda 43, "Mazımqara" gömrük postunda 12, "Biləsuvar" gömrük postunda 70, "Astara" gömrük postunda isə 103 yük maşını var.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-02-2024, 16:28