Türkmənistan nümayəndə heyəti COP29 Tərəflər Konfransının sessiyasına qatılıb
Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası işə başlayıb.
Reportyor.az xəbər verir ki, Türkmənistan nümayəndə heyəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının növbəti sessiyasında iştirak edir.
COP29 qlobal iqlim siyasətini müzakirə etmək və bu vektorda ölkələr arasında əməkdaşlığı gücləndirmək üçün ən mühüm platformalardan biridir.
İştirakçı ölkələr iqlim dəyişikliyinin azaldılması və enerji keçidinin sürətləndirilməsi ilə bağlı müzakirələr aparacaqlar. Cari sessiyanın gündəliyinə əsasən, ölkələr üçün yeni qlobal iqlim maliyyəsi hədəfi müəyyən ediləcək.
KARUSEL / GÜNDƏM
Tarix: 11-11-2024, 19:21