mobil versiya

Ələkbər Yasamallı intihar edən bacısı oğlu barədə ŞOK faktlar açdı - VİDEO



Meyxanaçı Ələkbər Yasamallı iki gün əvvəl intihar edən 21 yaşlı bacısı oğlu Şamxaldan danışıb.

REPORTYOR.AZ xəbər verir ki, sənətçi "Şou ATV" verilişinə açıqlamasında bacısı oğlunun intihar səbəbini bilmədiyini söyləyib:

"Mənə böyük bir dərв, müəmmalı ölüm qoydu getdi. Anamla eyni həyətdə yaşayırıq. Evdə yatmışdım, qışqırığa durdum. Gördüm hadisə olub... Namazlarını qılıblar, sonra anam təzədən yatıb, bu yatmayıb. Həmin günü gecəni yatmamışdı. Səhər 5-ə işləmiş mənim yanımdan düşüb. Gedib nənəsini namaza durğuzub. Namazdan sonra nənəsi gedib yatıb.

Anam səhər oyananda Şamxala deyib ki, çay qoyuram, gəl içək. Deyib ki, indi gəlirəm. Çağırıb, görüb gəlmir. Bir də baxıb ki, pəncərədən ona baxır. Çağırıb ki, gəl evə, çay içək. Görüb reaksiya vermir. Elə bilib ki, eşitmir. Gəlib ki, özünü pəncərənin yuxarısında kondisionerin dəmirindən özünü asıb. Bundan sonra anam orada necə yaşayacaq, bilmirəm. Ümumiyyətlə, bilmirəm bundan sonra nolacaq?"



BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 21-01-2020, 17:57