mobil versiya

“Məni 8 saat döyüb, yarıçılpaq videoya çəkdilər” – Azərbaycanlı müğənnidən şok sözlər (VİDEO)




Müğənni Dana Durdana (Dürdanə) bir neçə gündür ki, şəxsi həyatı ilə gündəmə gəlib.

Sənətçi əvvəlcə “Ona qalsa” proqramına qonaq olarkən 12 ildir oğlunu görə bilmədiyini, buna keçmiş həyat yoldaşı Vahidin icazə vermədiyini qeyd edib.

Sənətçi daha sonra “Elgizlə izlər” verilişinə qonaq olaraq hadisənin təfərrüatını danışıb: “Keçmiş həyat yoldaşım dayımoğludur. Anam 9 yaşında dünyasını dəyişib, xərçəng xəstəsi idi. Bizi isə atam böyüdüb. O, anamdan sonra ailə həyatı qurmayıb. Üç uşaq idik, Sumqayıtda yaşayırdıq. Həyat yoldaşımla aramızda 13 yaş fərq var idi. Anamın yasında dayımın xanımı bacımı oğluna almaq istədiyini dedi. Onda bacım cavab verdi ki, ona qardaş kimi baxıram. Daha sonra mənim böyüməyimi gözlədilər. Toyun səhəri qayınanam dedi ki, mən heyf çıxmaq üçün səni oğluma aldım. 5 uşağın doğulsa belə, sizi boşatdıracam. Buna səbəb o idi ki, dayım xanımı ilə ayrılmışdı.

Bir müddət Rusiyada yaşadıq, sonra Azərbaycana qayıtdım. Uşaq dünyaya gəldi, ayrılmağa məcbur oldum. Evimizə gəldim, atam qoymadı, dedi ki, ərinin evinə qayıt. 17 yaşımda evləndiyim üçün nikah bağlanmamışdı. Atamın tələbi ilə nikah bağladım. Atam rəhmətə getdi, sonra mən də ayrıldım”.

Dana baldızının həyat yoldaşının Sumqayıtda imkanlı şəxs olduğunu, bütün məsələləri onun həll etdiyini qeyd edib:


“Qarşı tərəfin ailəsinin rəhbəri baldımızın əridir, onun sözü ailədə keçir! O, Sumqayıtda imkanlı şəxslərdən biridir. Oğlumun may ayında 16 yaşı olacaq. Heç görüşmürük. İlk ayrılan vaxt uşağı mənə verdilər. Həm rəfiqəm, həm də dayəm Sənubər adlı xanım idi. Bu zaman uşaq atasını görmək istəyirdi. Mən də Dərbənddə restoranda çıxış etməli idim. 1 həftə orda olub qayıdacaqdım. Uşağı atasına verdim, sonra dedim ki, Sənubər xanımla görüşüb ona qaytararsan. Rəsmi ayrılmamışdıq, düşündüm ki, uşağımın atasıdır, övladını görmə haqqı var. Uşağı özümlə Dağıstana apara bilmirdim. Çünki bütün sənədləri əlimdən almışdılar, etibarnamə yox idi. Atası uşağı əvvəlcə dayəyə verir, lakin uşaq ağlayır, atasını qucaqlayır. Atası da deyib ki, olar uşağa iki gün anam baxsın, sonra qaytararıq. Belə bir şərtlə götürülüb. Bundan sonra baldızım Sənubər xanıma mesaj yazıb ki, uşağı qaytarmayacaqlar. Hadisəni eşidən kimi depressiyaya düşdüm, ayaqlarım məndən imtina etdi, beyin təzyiqi keçirdim. Onlar güclü idilər. Sumqayıt məhkəməsinə gəldim, ordakılar mənə güldülər. 12 il bundan qabaq olan söhbətdir. Baldızımın həyat yoldaşı ortada idi. Ərim isə Rusiyaya getmişdi. Qayınanam oğlu Rusiyadan buna pul göndərsin deyə mənim övladımdan istifadə edir”.




Müğənni bundan əlavə bildirib ki, Dərbənddə qarşı tərəfin göstərişi ilə 8 saat ərzində döyülüb:


“Onların uşağı əlimdən almaq üçün arqumentləri yox idi. Dedilər ki, müğənnidir, əxlaqsızdır. Məhkəmə üçün əsas fakt deyildi. Bir il sonra, 2009-cu ildə Əziz adlı musiqiçinin əli ilə Dərbənddə məni evdən çıxarıb səhərə qədər döydülər. Kimsəsiz bir qadın idim. Yarıçılpaq halda 8 saat kişilər tərəfindən döyüldüm və bunu videoya çəkdilər. Həmin videolardan birini uşağın atasına göndəriblər. O da bütün zavodda videonu göstərərək bildirib ki, bu qadın əxlaqsızdır. Bir il boyunca insanlar küçədə mənə içki şüşəsi atırdılar. Videoda artıq heç nə yox idi. Sadəcə, döyürdülər. Günahı olan şəxsləri həbs etdirmək üçün vuruşmağa başladım. O vaxtlar prokuror İzzət Kyazoviç idi, indi baş prokurordu. Mənə köməklik etdi. Bir il ərzində onlar tutulandan sonra sənədləri toplayıb Sumqayıtda məhkəməyə təqdim etməli idim. Çünki uşağın atası həmin videonu məhkəməyə təqdim etmişdi ki, guya, əxlaqsızlıqla məşğul oluram”. Metbuat.az




BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ / VİDEOXƏBƏR
Baxılıb: 158 Tarix: 2-02-2020, 22:45


Şərh bildir
yenilə, əgər kod görünmürsə