mobil versiya

Tramp: “Ukraynadakı münaqişə III Dünya müharibəsinə səbəb ola bilər”



“Ukraynadakı münaqişə III Dünya müharibəsinə səbəb ola bilər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin son müraciətinə münasibət bildirərkən yazıb.

ABŞ-ın keçmiş prezidenti bununla bağlı fikirlərini özünün sahib olduğu “Truth Social” sosial şəbəkəsində ifadə edib.

Ağ Evin sabiq rəhbərinin sözlərinə görə, əgər o, Oval kabinetdə olsaydı, bu münaqişə baş verməzdi. "Ancaq əvvəllər də açıqladığım kimi, indi bu münaqişə III Dünya müharibəsi ilə nəticələnə bilər”,-deyə Donald Tramp qeyd edib.

Musavat.com

GÜNDƏM / SİYASƏT / DÜNYA
Tarix: 23-09-2022, 10:44