mobil versiya

Ceyranbatanda boru partlayıb, ətrafı su basıb - FOTO



Abşeron rayonunun Ceyranbatan qəsəbəsində su borusu partlayıb. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə qəsəbənin mərkəzi küçəsində qeydə alınıb.

Belə ki, yaşayış binasının girişində su borusunun partlaması nəticəsində ətrafı, hətta Bakı-Quba yolunu belə su basıb.








HADİSƏ / ÖLKƏ
Tarix: 8-10-2019, 12:46