Yasamalda məcburi köçkünlərin yaşadığı binanın həyətində yanğın

"Report"un məlumatına görə, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Nəticədə otlaq və yardımçı yarımtikililər də daxil olmaqla, təxminən 3000 kvadratmetr ərazi yanğına məruz qalıb.
Yanğın söndürülüb, alovun yaşayış binalarına keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 14-08-2019, 15:42