ABŞ heç vaxt Trinidad və Tobaqodan Venesuelaya hücum etməyi xahiş etməyib: Baş nazir

Kiçik Karib ölkəsi olan Trinidad və Tobaqo öz ərazisinin Venesuelaya hücum etmək üçün istifadə edilməsinə icazə verməyəcək və heç vaxt belə xahiş olunmayıb.
Bu barədə ölkə rəhbərliyi AFP bildirib.
Prezident Donald Trampın yaxın müttəfiqi olan Baş nazir Kamla Persad-Bissessar WhatsApp mesajında bildirib ki, ABŞ dəniz piyadalarının bir hissəsi ada ölkəsində hərbi təlimlər keçirsə də, "ABŞ heç vaxt Venesuela xalqına qarşı hər hansı bir hücum etmək üçün ərazimizdən istifadə etməyi xahiş etməyib".
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:47


























