mobil versiya

Tramp bu ştatda praymerizdə iştirak etmək hüququndan məhrum edilib


ABŞ-ın Men ştatının Dövlət Katibi Şenna Bellouz Konstitusiyanın 14-cü düzəlişinə əsasən, sabiq prezident Donald Trampı ştatda 2024-cü ildə keçiriləcək praymerizdə iştirak etmək hüququndan məhrum edib.
Bu barədə Men ştatının Dövlət Katibi bildirib.
"Mən bilirəm ki, heç bir Dövlət Katibi 14-cü Düzəlişin üçüncü hissəsinə əsasən prezidentliyə namizədin seçilmək hüququndan heç vaxt imtina etməyib. Bununla belə, mən onu da bilirəm ki, indiyə qədər heç bir prezidentliyə namizəd qiyamda iştirak etməyib", - deyə Ş.Boulz qeyd edib.
O qeyd edib ki, D.Trampın bir neçə ay ərzində öz tərəfdarlarını qızışdırmaq və onları 2020-ci il seçkilərinin və dinc şəkildə hakimiyyət ötürülməsinin sertifikatlaşdırılmasının qarşısını almaq üçün Kapitoliyaya göndərmək üçün seçki saxtakarlığı haqqında yalan məlumatlardan istifadə etdiyini qənaətinə gəlib.

KARUSEL / DÜNYA
Tarix: 29-12-2023, 09:33