Trampın həbs olunacağı dəqiqləşdi – Porno aktrisaya 130 min dollar ödəməkdə ittiham olunur
Dünən axşam Manhetten Dairə Prokurorluğu tərəfindən toplanan yüksək münsiflər heyəti ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı ittihamların qüvvədə saxlanılmasına səs verib.
“AzPolitika.info” xəbər verir ki, Tramp münasibətdə olduğunu porno aktrisiya susmaq müqabilində 130 min dollar ödəməkdə ittiham olunur. Növbəti mərhələ bu işə məhkəmə tərəfindən baxılmasıdır.
İttiham aktının təfərrüatları Donald Tramp Manhetten məhkəməsində hakim qarşısına çıxdıqdan sonra açıqlanacaq və ona rəsmi ittiham irəli sürüləcək. Bunun nə vaxt və necə baş verəcəyi hələlik açıqlanmır, lakin keçmiş prezidentin həbs edilərək məhkəmə zalına qandalla gətiriləcəyi istisna edilmir. Xatırladaq ki, Tramp ABŞ-ın prezidenti olmuş ilk şəxsdir ki, ona cinayət ittihamı irəli sürülür.
Donald Tramp yüksək münsiflər heyətinin ittihamnaməni dəstəkləməsini tarixdə görünməmiş səviyyədə siyasi təqib və seçki müdaxiləsi adlandırıb.
Şərhçilər bildirirlər ki, bu cinayət işinin aparılması prokurorluq üçün çətin iş olacaq. Nyu-York qanunlarına görə Trampın porno aktrisa Stormi Danielsə qanuni rüsum kimi ödədiyi məbləği depozitə qoyaraq vergi sənədlərini saxtalaşdırmaq ittihamı ağır cinayətdir. Nyu York prokurorluğu Trampın bu hərəkətləri ilə federal seçki qanunlarını pozduğunu bildirir.
Lakin vaxtilə federal prokurorluq araşdırmadan sonra Donald Trampı seçki qanunlarını pozmaqda ittiham etməkdən imtina etmişdi. Təkcə bu deyil, hüquqşünaslar bu yanaşmanı qeyri-adi adlandırırlar, çünki Nyu-York məhkəmələri əvvəllər heç vaxt belə işlərə baxmayıblar.
İrəli sürülən ittihamlar Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini yenidən elan edən Trampın seçkiqabağı kampaniyasına mane olmamalıdır. Tramp cinayət ittihamından öz tərəfdarların mobilizasiya etmək üçün istifadə edir, digər tərəfdən, ictimai rəy sorğuları respublikaçı elektoratın bir hissəsinin başqa namizədi dəstəkləmək barədə düşündüyünü göstərir.
Donald Trampa qarşı hazırda daha iki cinayət iddiası araşdırılır ki, nəticədə ona qarşı yeni ittihamlar irəli sürülə bilər. Belə ki, federal prokurorlar onun Ağ Evdən oğurlayıb, Floridadakı iqamətgahında saxladığı məxfi sənədlərlə bağlı ittihamı araşdırır. Corciya ştatının prokuroru da Donald Trampın prezident seçkilərinin nəticələrinə təsir etmək cəhdində şübhəli bilinərək istintaq aparır. Bundan başqa Trampa və onun şirkətlərinə qarşı qaldırılan mülki iddiaların sayı onlarladır.
KARUSEL / DÜNYA

Tarix: 31-03-2023, 11:55