Azərbaycan güləşçisi İslamiadanın finalına vəsiqə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.
İdmançı yarımfinalda misirli Mohamed Abdelrehimə 4:1 hesabı ilə qalib gəlib.
Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə uduzub – 0:3. Ülvü Qənizadə 1/8 finalda iranlı Amir Abdiyə yenilib – 0:9. Rəqibi finala vəsiqə qazandığı üçün Qənizadə təsəlliverici görüşdə iştirak edəcək.
İslam Abbasov (87 kq) isə 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə məğlub olub – 0:3.
İslamiada noyabrın 21-də başa çatacaq.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 18-11-2025, 14:33



























