mobil versiya

Sabunçuda “019” ət mağazasında baytarlıq ekspertizasından keçməmiş ət aşkarlanıb



Sabunçu Rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 4 yol adlanan ünvanda fəaliyyət göstərən fiziki şəxs Cəfərov Əbülfət Qarakişi oğluna məxsus  “019” adlı ət satışı obyektində qanunsuz heyvan kəsiminin həyata keçirilməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb

Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonu İcra Hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları ilə birgə sözügedən ünvanda monitorinq keçirib. Monitorinq zamanı baytarlıq ekspertizasından keçməmiş, baytarlıq müşayiətedici sənədləri olmadan heyvan mənşəli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. 

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, qanunsuz heyvan kəsimi məqsədilə quraşdırılan dəmir konstruksiyalar ləğv edilib. Baytarlıq ekspertizasından keçirilməmiş ətlərdən müayinələrin aparılması məqsədilə nümunələr götürülüb.




Reportyor.az


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:58