AQTA qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
3-4 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Göyçay, Qazax rayonlarında fəaliyyət göstərən 13 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
Bakı şəhəri üzrə | |||
| Pəniyev Anar Eldar oğlu | Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 112 | İnzibati protokol tərtib edilib |
| Həsənov Bəşir Qardaşxan oğlu | Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 29 | İnzibati protokol tərtib edilib |
| Babayev Qulam Nəriman oğlu | Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 205A | İnzibati protokol tərtib edilib |
| Ədilov Vahid Yaqub oğlu | Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi 19 | İnzibati protokol tərtib edilib |
| Balışov Bəhram Mehman oğlu | Sabunçu rayonu, Ramana qəsəbəsi | İnzibati protokol tərtib edilib |
| Şirəliyev Marif Şöhlət oğlu | Sabunçu rayonu, Ramana qəsəbəsi | İnzibati protokol tərtib edilib |
| Daşdəmirov Teyyub Vəzir oğlu | Sabunçu rayonu, Ramana qəsəbəsi | İnzibati protokol tərtib edilib |
| Niyətov Şamil Hüseynxan oğlu | Sabunçu rayonu, Maştağa qəsəbəsi | İnzibati protokol tərtib edilib |
Qazax rayonu üzrə | |||
Yusibov Mehman Nəsib oğlu | Qazax şəhəri, Bakı küçəsi | İnzibati protokol tərtib edilib | |
Mehdixanov Mehdi Elxan oğlu | Qazax şəhəri, Bakı küçəsi | İnzibati protokol tərtib edilib | |
Budaqov Kənan Əhməd oğlu | Qazax şəhəri, Bakı küçəsi | İnzibati protokol tərtib edilib | |
Göyçay rayonu üzrə | |||
Qasımov Sahil Nuru oğlu | Ü.Hacıbəyov küçəsi | İnzibati protokol tərtib edilib | |
Məmmədov Elçin Nüsrət oğlu | Ü.Hacıbəyov küçəsi | İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-10-2023, 13:43