Tramp Panamanı ABŞ-ın kanal üzərində nəzarəti bərpa etməklə hədələyib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Panamanı Atlantik və Sakit Okeanları birləşdirən mühüm nəqliyyat kanalından keçmək üçün həddindən artıq tariflər almaqda ittiham edərək, ABŞ-ın Panama kanalı üzərində nəzarətini bərpa edəcəyi ilə hədələyib.
Reportyor.az xəbər verir ki, Arizonada seçkidən sonra ilk mitinqində çıxış edən Tramp şikayət edib ki, kanal rəhbərliyi Mərkəzi Amerika keçidindən keçən gəmilərdən gülünc ödənişlər alır.
Tamp Truth Social-dakı bir yazıda kanalın yanlış əllərə keçməsinə imkan verməyəcəyi barədə və o, keçidə potensial Çin təsirindən xəbərdarlıq edib.
ABŞ 1977-ci ildə prezident Cimmi Karterin dövründə imzalanmış müqaviləyə əsasən, 1999-cu ildə Panamaya gedən su yoluna nəzarətdən imtina edib.
Tramp bildirib ki, o, prezident olanda ABŞ-ın bu tam soyğunçuluğu dərhal dayandırılacaq. Əks halda, onun sözlərinə görə, su yolu tam şəkildə və sorğu-sualsız Amerika Birləşmiş Ştatlarına qaytarıla bilər. Tramp həmçinin Ağ Evə qayıtması və prezident postuna keçməsi üçün bir neçə əsas planı açıqlayıb. O, 20 yanvar 2025-ci ildə vəzifəyə başlayan kimi Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacağına söz verib.
Tramp həmçinin ABŞ-ı hər hansı potensial təhlükədən qorumaq üçün raketdən müdafiə sistemi olan Dəmir Günbəz inşa edəcəyinə söz verib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:09