mobil versiya

Tramp keçmiş senator Devid Perdunu Çinə səfir təyin edir





ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp keçmiş senator Devid Perdunu Çindəki səfir vəzifəsinə seçdiyini bildirib.

Reportyor.az xəbər verir ki, bu barədə Tramp özünün sosial media platforması Truth Social-da yazıb: “O, mənim regionda sülhün qorunması strategiyamın həyata keçirilməsində və Çin liderləri ilə məhsuldar işgüzar münasibətdə mühüm rol oynayacaq”.

2025-ci il yanvarın 20-də vəzifəyə başlayacaq Tramp, Pekinin yüksək dərəcədə asılılıq yaradan narkotik fentanilin qaçaqmalçılığını dayandırmaq üçün daha çox iş görmədiyi təqdirdə Çin mallarına əlavə 10 faiz rüsum tətbiq edəcəyini bildirib.
O, həmçinin seçki kampaniyası zamanı Çin mallarına 60 faizdən yuxarı tariflərlə hədələyib.
KARUSEL / DÜNYA
Tarix: 6-12-2024, 09:04