Tramp amerikalıların aldadıldığını bildirib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalıların aldadıldığını bildirib.
Bu barədə D.Tramp 2016-cı il seçkilərinin nəticələrindən sonra FTB-nin keçmiş dövlət başçısının Rusiya ilə ehtimal olunan əlaqələri ilə bağlı araşdırmasının gərəksiz olduğunu açıqlayan ABŞ-ın xüsusi prokuroru Con Daremin hesabatını şəhr edərkən özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"Fəal araşdırmalardan sonra xüsusi prokuror Con Darem belə qənaətə gəlib ki, FTB Tramp - Rusiya araşdırmasına başlamamalı idi! Digər sözlərlə desək, amerikalılar aldadılıb və hazırda da Amerikanın böyüklüyünü görmək istəməyənlər aldatmağa davam edir", - deyə D.Tramp bildirib.
Qeyd edək ki, sözügedən araşdırma ilə bağlı xüsusi prokuror Con Darem belə qənaətə gəlib ki, FTB 2016-cı il prezident seçkiləri zamanı Donald Trampın kampaniyası ilə Rusiya arasında əlaqələrə dair tam hüquqlu araşdırma başlatmamalı idi. FTB araşdırmanın başlanmasını stimullaşdırmaq üçün "xam və təsdiqlənməmiş kəşfiyyat məlumatlarından" istifadə edib.
KARUSEL / DÜNYA

Tarix: 16-05-2023, 08:57