mobil versiya

Hacıqabulda baş vermiş qəzada ölənlərdən birinin kimliyi məlum olub


Hacıqabulda baş vermiş yol qəzası nəticəsində ölənlərdən birinin şəxsiyyəti müəyyən edilib. APA-nın Mil Muğan bürosunun məlumatına görə, "VAZ 2107" markalı avtomobili 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğlu idarə edirmiş.
A.Qanbayev və onun sərnişin qismində olan qardaşı qəza nəticəsində yerindəcə keçinib.
***
Saat 05:05
Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərinin girişində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı minik maşını əvvəlcə "KamAZ" markalı yük maşınına, daha sonra isə yaxınlıqdakı bağçanın hasarına çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin dünyasını dəyişib. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi deyilir.
Avtoqəza ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb.


HADİSƏ / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 31-08-2019, 08:14