Araq istehsalında artım olub
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda araq istehsalı 1 497,8 min dekalitr təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 322,3 min dekalitr və ya 27,4% çoxdur.
Dekabrın 1-i vəziyətinə araq istehsalında ölkədə hazır məhsul ehtiyatı 157,5 min dekalitr təşkil edib. Cari ilin ilk 11 ayında Azərbaycanda pivə istehsalı isə 4 950,5 min dekalitr olub.
Məlumata görə, bu, bir il əvvələ nisbətən 21,7 min dekalitr və ya 0,4% azdır. Dekabrın 1-i vəziyyətinə pivə istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 217,3 min dekalitr təşkil edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:08