mobil versiya

Messi 1 ay meydana çıxmayacaq



Barselona"nın kapitanı Lionel Messinin zədəsi ciddidir.

Tibbi müayinədən keçən argentinalı hücumçuya sol ayağının bud əzələsində dartılma diaqnozu qoyulub. Onun 1 ay meydana çıxmayacağı ehtimal edilir.

Xatırladaq ki, 32 yaşlı futbolçu İspaniya La Liqasının son turunda "Vilyareal"ya görüşdə bu mövsüm ilk dəfə start heyətdə meydana çıxmışdı. Messi həmin matçın ilk hissəsində yenidən zədələnib.

Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 27-09-2019, 22:55