Ötən ay Azərbaycanda 20 nəfər qidadan zəhərlənib

AQTA-dan verilən məlumata görə, daxil olan müraciətlərdən 215-i sertifikatlaşdırma və qeydiyyat, 289-u idxal-ixrac əməliyyatları, 216-ı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 76-ı işə qəbulla, 730-u isə digər xarakterli müraciətlər olub.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 1-10-2019, 10:49