mobil versiya

Bakıda gəlin qayınanasının qızıllarını oğurlayıb



Bakıda gəlin evdən 6000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

Bu barədə reportyor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 4-10-2019, 13:23