mobil versiya

Bakıda 14 yaşlı qız YOXA ÇIXDI: anası axtarır




Bakıda yeniyetmə qız itkin düşüb.

REPOTYOR.AZ-ın lent.az-a istinadla məlumatına görə, Sabunçu rayonu Zabrat qəsəbəsi, R. Göyüşov küçəsində yaşayan 14 yaşlı Əliyeva Aydan Elçin qızı mayın 24-ü saat 14 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Y.Mirvelişyeva Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.
A.Əliyevanın tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

KARUSEL
Tarix: 27-05-2022, 10:45