mobil versiya

Bakıda 35 yaşlı kişi evdən çıxaraq itkin düşüb



Bakıda 35 yaşlı kişi itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə noyabrın 29-da paytaxtın Nəsimi rayonu, R.Behbudov küçəsi 31-də baş verib.

Belə ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Cəsarət Quliyev saat 17 radələrində yaşadığı mənzil 6 ünvanından işləri ilə əlaqədar çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır.

HADİSƏ / ÖLKƏ
Tarix: 3-12-2019, 09:30