mobil versiya

Anasının işlətdiyi kafedən çıxdıqdan sonra itkin düşən 15 yaşlı Nərminin atası FƏRYAD ETDİ - VİDEO



Ramanada yaşayan 15 yaşlı Məmmədrzayeva Nərmin Rizvan qızı 12 gündür itkin düşüb. 2004-cü il təvəllüdlü yeniyetmə oktyabrın 4-də günorta saatlarında anasının işlədiyi kafedən çıxdıqdan sonra yoxa çıxıb.

BAKU.WS
xəbər verir ki, Nərminin atası Məmmədrzayev Rizvan Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələrək qızının tapılması üçün kömək istəyib:

"Qızım öz xoşuyla qaçmaz. Bilir ki, xəstəyəm, mənim belə əzab çəkməyimə razı olmaz. Oğlum da, qızım da mənimlə nəfəs alır. 3 ildir xəstəyəm, mənə Nərmin baxırdı, qulluq edirdi. Xəstəxanadan yeni çııxmışam. Artıq bir yerdə xoşbəxt yaşayacaqdıq. Belə bir zamanda getməzdi. Nərminin başı bəladadır".

Nərminin qaçırıldığını düşünən Rizvan bəy qızının öldürüldüyünü də istisna etmir. Ata göz yaşları ilə efir vasitəsilə qızına bu sözləri deyib: 

"Qızım, bəs deyirdin dünyanın varı atasmın ağayının tozu deyil? Əgər məni eşidirsənsə, həyatdasansa dön. Mən bu yükü daşıya bilmərəm! Bunu heç nəyə bağışlamaram. Qorxma, arxanda mən varam, qayıt. Sənin dırnağına kim toxunubsa, onu Yer üzündə gəzməyə qoymaram. Səni heç kimə vermərəm, qayıt. Həyatımı qurban verərəm, qayıt!"

Rizvan bəy qızının yoxa çıxdığı 12 gün ərzində dərddən yaşlı nənəsinin dünyasını dəyişdiyini, anasının isə can üstündə olduğunu deyir.

Xatırladaq ki, Sabunçu rayonu, Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən "Anar" kafesinə - anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib. 15 yaşlı qız həmin gün günorta saatlarında evə getmək məqsədilə kafedən çıxıb və itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.


KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 16-10-2019, 18:00